Bu gün Azərbaycan Xalq Cəbhəsi Partiyasının gənc üzvü Məhərrəm Rzayev həbs edilib.
Bu barədə Abzas-a AXCP Gənclər Komitəsinin üzvü Turan İbrahim məlumat verib. Onun sözlərinə görə, Məhərrəm Rzayev Bakının Nizami rayonu ərazisində Laçın Ticarət Mərkəzində mülki geyimli şəxslər tərəfindən saxlanılıb.
"Nizami Rayon Polis İdarəsindən Məhərrəm Rzayevin ailəsinin sorğusuna cavabda deyiblər ki, o Nizami rayon Məhkəməsi tərəfindən inzibati qaydada həbs edilib”.
Amma polisdən ailəsinə fəalın neçə sutka və hansı ittihamla həbs edilməsi barədə məlumat verməyiblər.