Cenevredə iş yerlərinə hicabla gəlmək qadağan edildi

Cenevredə iş yerlərinə hicabla gəlmək qadağan edildi
12 Fevral 2019
Mətni dəyiş

Ötən bazar günü İsveçrənin əhalisinin sayına görə ikinci böyük şəhəri olan Cenevredə iş yerlərində dövlət məmurlarının və siyasətçilərin dini simvollar daşıyan geyimləri geyinməsini qadağan edən qanun qəbul olunub.

Bu qanun islamofob tənqidlərin fonunda müzakirəyə çıxarılmışdı.

Yaxın zamanda qəbul olunan “sekulyarizm haqda qanun”una Cenevrə əhalisinin 55 faizi səs vermişdi və yeni qəbul olunan qanunla bunun arasında ziddiyyətlər var.

Buna görə də İsveçrənin bir çox yerində xalq “hicab qadağası” adlandırılan qanuna görə iki qütbə bölünüb. Bu qanun din və dövlət arasında münasibətlərin aydınlaşdırılması ilə bağlı beş ildən bəridir aparılan müzakirələrin nəticəsi kimi qəbul olunub.

Cenevrənin kanton parlamenti bu qanunu elə ictimai yerlərdə dini özünüifadənin hüdudlandırılması və inanclılarla, ateislərin bərabər azadlıqlarını təmin etmək üçün qəbul edib.

“Bu qanun dövlətin dini məsələlərdə neytrallığına təminat verir” – deyə səsvermələrdən sonra yerli məbuata liberal siyasətçi Pyer Mode deyib, o əlavə edib ki, qanunun bir məqsədi də “sosial bütövlüyü təmin etməkdir”.

Ancaq, siyasətçinin dediyi kimi, yeni qanun heç də cəmiyyətin həmrəyliyinə yardımçı olmayıb. Sağçı partiyalar və kilsə bu cür islahatı dəstəkləsələr də, solçular və həmkarlar ittifaqları, həmçinin müsəlman və feminist təşkilatları qanuna etiraz edir.

Bəzi sağçı siyasətçilər də qanunla bağlı öz partiyalarını tənqid edir, çünki qanunun qəbulu zamanı hicab, burka kimi islami qadın geyimlərinin müzakirəsi isveçrəli seçicilərdə qəzəb oyadıb.

Qanunun təndiqçiləri deyir ki, dini simvolların dövlət idarələrində qadağası, bundna öncə məktəblərdə tətbiq edilmiş qadağaların davamıdır və həmin qadağalar da göstərdi ki, başı yaylıqla bağlanmış müsəlman qadınların cəmiyyətdə diskriminasiya olunmasına aparıb çıxarıb.

İndi İsveçrədəki şərqli icmaları yenidən ictimai debatlara başlayıblar, onlar iddia edirlər ki, qanun müsəlman icmasına hüdudsuz azadlıqlar verilməsi əleyhinə olan İsveçrə vətəndaşlarının səslərini qazanmaq üçün irəli sürülüb.

Xatırladaq ki, 2009-cu ildə İsveçrədə məscid minarələrinin tikilməsinə qarşı bir səsvermə çerilimiş və fransızdilli ölkə vətəndaşlarının xüsusi fəallığı ilə qanun 57 faiz səslə qəbul olunmuşdu.

İsveçərə ildə dörd dəfə ümumxalq səsverməsi keçirilir və demokratiyanın hüdudlarını genişləndirmək üçün hər dəfə xalqa 15 qanun layihəsinə səs vermək təklif olunur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun