İstanbul Böyükşəhər Bələdiyyə(İBB) başqanlığına namizəd olan Türkiyə Böyük Millət Məclisinin sədri Binali Yıldırım istefa verib. Bu barədə Cumhuriyet qəzeti xəbər yayıb.
Məlumatda deyilir ki, İBB başqanlığına namizəd olandan sonra Türkiyə Konstitusiyasına görə istefa verməli olan, amma mübahisələrə rəğmən vəzifəsini buraxmaq istəməyən Binali Yıldırım istefa ərizəsini parlamentə təqdim edib.
Yeni məclis başqanı fevralın 19-da keçiriləcək səsvermədə müəyyənləşəcək. Binali Yıldırımın istefasından sonra müvəqqəti olaraq bu vəzifəni Celal Adan davam etdirəcək.
İstefası şərəfinə ziyafətAKP namizədi istefası ilə bağlı ziyafət verib. Tədbirdə danışan Binali Yıldırım seçkilərin ölkə və millət üçün xeyirli olmasını arzulayıb və partiya namizədlərinin fevralın 19-da seçki komissiyalarına təqdim edəcəklərini bildirib.
Parlamentdən özünün də olduğu təxminən 20 nəfərin namizədlər sırasında olduğunu bildirən Yıldırım "çox qarşılanan vəziyyət deyil" ifadəsini işlədib.
Binali Yıldırım bildirib ki, parlamentar sistemin son baş naziri olub, prezident idarəçilik formasının isə ilk məclis başqanı olub.