Azərbaycanda ən çox korrupsiya bu sahədə var [rəsmi]

Azərbaycanda ən çox korrupsiya bu sahədə var [rəsmi]
14 Fevral 2019
Mətni dəyiş

Azərbaycan Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının katibi Kamal Cəfərova görə ölkədə korrupsiyanın daha çox yayıldığı sahə tikinti sahəsidir.

Lakin, beynəlxalq təşkilatların hesabatlarına görə ölkədə əksər sahələrdə korrupsiya yayılıb və Azərbaycan Korrupsiya Qavrama İndeksinə görə xeyli gerilərdədir.

Transparency International beynəlxalq şəffaflıq təşkilatı 2019-cu il yanvarın 29-da açıqladığı Korrupsiyanı Qavrama İndeksinə (KQİ) görə Azərbaycan əvvəlki illərə nisbətən 30 pillə geriləyərək 180 dünya ölkələsi arasında 152-ci yeri tutub.

Bu cür geriləməyə Avropa Şurası Parlament Assambeyasının bəzi üzvlərinin Azərbaycanın beynəlxalq imicini cilalamağı üçün onlara verilən rüşvət, başqa adıyla “Pulyuyan maşını” adlı pulyuma mexanizminin mətbuata danışınması səbəb olub.

Bu gün Azərbaycanda fəaliyyət göstərən Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın katibi Kamal Cəfərov sosial şəbəkəsindəki hesabında canlı yayım zamanı ölkədə korrupsiyanın ən çox yayıldığı sahələr haqqında danışıb.

[caption id="attachment_74153" align="aligncenter" width="700"] Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın katibi Kamal Cəfərov.[/caption]

Onun sözlərinə görə, korrupsiya hər bir ölkədə olduğu kimi, Azərbaycanda da var:

"Dövlət də bununla bağlı mütəmadi tədbirlər görür. Azərbaycanda korrupsiyanın daha çox yayıldığı sahə tikinti sahəsidir.

Ən birincisi, bir mənzilin bir neçə nəfərə satılması hallarıdır. Ona görə də korrupsiya tikinti sahəsində daha çox müşahidə olunur.

Biz çox qısa zamanda bunun qarşısını tamamilə alacağıq. Bundan sonra cəmiyyətdə tikinti şirkətlərinə inam artacaq. Bank sektorunda da korrupsiya daha çox müşahidə olunur".

K.Cəfərov bildirib ki, bu il ekoloji cinayətlərlə bağlı 28 cinayət işi qeydə alınıb:

"Amma 2017-ci ildə ekologiya ilə bağlı bir dənə də olsun cinayət işi olmayıb”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun