Avropa Şurası (AŞ) yeni yeydığı hesabatında, bütövlükdə Avropada 130 jurnalistin həbsdə olduğu və onların 110-nunun Türkiyənin payına düşdüyünü bildirib.
AŞ Soyuq Müharibədən bəri Avropada mətbuat azadlığının heç vaxt bu qədər pis vəziyyətə düşmədiyini düşünür. Beynəlxalq qurum Avropa ərazisində jurnalistlərin vəziyyətlərinin acınacaqlı hala gəldiyini bildirib.
Avropa Şurasının çərşənbə günü yaydığı hesabatda deyilir ki, jurnalistlər və mətbuata qarşı cinayətlər, hücumlar, sıxışdırma, gözdən salma kimi təzyiq metodları adi hala çevrilib və bu hal Soyuq Müharibədən bəri Avropada heç vaxt ortaya çıxmamışdı.
Hesabata görə, Avropa Şurasına üzv olan 47 ölkədən 32-sində keçən il jurnalistlərə qarşı ümumilikdə 140 hücum olub.
2018-ci ilin sonunda bütün Avropadakı 130 jurnalist məhbusun 110-nu Türkiyənin payına düşür. Buna görə də hesabatda Türkiyə “jurnalistlərin dünyada ən böyük həbsxanası” adlandırılır.
Jurnalistlərə hücumlar “cəzasızlıq mühitində” baş verir
Avropa Şurasının hesabatında jurnalistlərə təzyiqlərdə “cəzasızlıq mühiti” olan ölkələr içində Türkiyə, Rusiya və müxtəlif Balkan yarımadası ölkələri ilə bərabər Azərbaycanın da adı var.
Hesabata görə, adı çəkilən ölkələrdə 90-cı illərdən bəri 17 jurnalistə qarşı cinayət baş verib və bu cinayətlərin üstü açılmayıb.
[caption id="attachment_74170" align="aligncenter" width="790"] Sərhəddsiz Reportyorlar təşkilatının 2018-ci il üçün dünyada mətbuat azadlığının vəziyyəti haqda yaydığı xəritə.[/caption]Hesabatda deyilir ki, 2018-ci ildə öz işini gördüyü üçün ən az iki jurnalist öldürülüb, bunlar Slovak jurnalist Jan Kuciak və Səudiyyə Ərəbistanın İstanbuldakı Konsulluğunda öldürülən Camal Qaşıqçıdır.
Həmçinin Bolqarıstan və Rusiyada da iki jurnalistin ölüdürülməsi haqda şübhələr var.
Bolqarıstan televiziyasının jurnalisti Viktoria Marinova sentyabr ayında zorlandıqdan sonra öldürülmüşdü.
Aprel ayında isə rus araşdırmaçı jurnalisti Maksim Borodin evinin balkonundan yıxılıb ölüb. Rusiyalı rəsmilər bu ölümü intihar adlandıraraq açılmış cinayət işini qapadıblar.
Həmçinin, hesabatda hücumlara məruz qalan jurnalistlərin də adı sadalanır, onlardan biri Çernoqoriyada çalışan jurnalist olub, ona bombalı hücum olub, başqa birisinə İtalyanın Milan şəhərində bıçaqla hücum olunub, üçüncü jurnalistə isə Ukraynada zəhərli qaz hücumu ediblər.
Jagland: Mətbuat azadlığı erroziyasının qarşısını almalıyıq
Avropa Şurasının baş katibi Thorbjörn Jagland təşkilata üzv olan ölkələrin “mətbuat azadlığı erroziyasıyla” mübarizə aparmalı olduğunu və jurnalistlərin təhlükəsizliyinə görə cavabdehlik daşıdıqlarıyla bağlı xəbərdarlıq edib. Jagland deyib ki, mətbuat və ifadə azadlığı başqa bütün insan haqqlarının təminatı üçün həyati önəm daşıyır.
[caption id="attachment_74171" align="aligncenter" width="800"] Avropa Şurasının baş katibi Thorbjorn Jagland.[/caption]Avropa Şurasının bu hesabatı beynəlxalq jurnalist təşkilatlarının: Sərhəddsiz Reportyorlar və Beynəlxalq Pen Klub kimi 12 əməkdaş təşkilatın Şuraya mütəmadi verdikləri məlumatlar əsasında hazırlanıb.
Jagland həmçinin bildirib ki, jurnalistlərin problemləriylə bağlı üzv ölkələrdən məlumat tələb etsə də, hadisələrin cəmi 40 faizi ilə bağlı ona cavab verilib, Rusiya, Türkiyə, İtalya, Bosniya Hersoqovinya və Azərbaycan onun heç bir sualına cavab verməyib.