Avropa Parlamenti Türkiyə dəftərini qapatmağa qərar verir

Avropa Parlamenti Türkiyə dəftərini qapatmağa qərar verir
21 Fevral 2019
Mətni dəyiş

Avropa Parlamentində Türkiyə və Avropa Birliyi arasındakı üzvlük müzakirələrini təxirə salmağı təklif edən qanun layihəsi parlamentin Xarici İşlər Komissyasında səs çoxluğu ilə qəbul olunub.

Bu haqda "Deutsch Welle" radiosu xəbər yayıb. Qanun layihəsinin təşəbbüskarı parlamentin Sosiyal Demokrat fraksiyasının üzvü hollandiyalı deputat Kati Piridir. Qanun layihəsi 47 səs lehinə 7 səs əleyhinə olaraq qəbul edilib.

Qanunun yekun müzakirəsi martın 12-də Strazburqda baş tutacaq, martın 13-də isə qanun səsə qoyulacaq. Qanunun ən mühüm hissəsi Türkiyə və Avropa Birliyi arasında Türkiyənin təşkilata üzv olması müzakirələrini qeyri-müəyyən vaxta qədər təxirə salmaq təklifidir.

Avropa Parlamentinin bu cür fikrə qəlməsinin səbəbi “Türkiyənin son illər demokratiya, insan haqqları, hüququn üstünlüyü və təməl insan haqqları sahəsində ciddi geriləmənin müşahidə edilməsidir” – deyə qanunu hazırlayanlar deyir. Onların sözlərinə görə Türkiyə üzvü olduğu Avropa Şurası və Avropa İnsan Haqqları Məhkəməsinin standart və qərarlarına əməl etməyib.

Gömrük Birliyinə girmək üçün də demokratiklik tələb olunacaq

Avropa Birliyi Xarici İşlər Komissiyasının qəbul edəcəyi digər dialoq şərtlərindən biri isə birliyin qurduğu Gömrük Birliyinə üzv olmaq istəyənlərə demokratiya, insan haqqları və hüququn üstünlüyü sahələrində irəliləyişlər olması şərtidir.

Gömrük Birliyi qanunvericiliyinə edilən dəyişikliklər Avropa Parlamenti tərəfindən qəbul olunduqdan sonra birliyə üzv olmaq üçün “insan haqqları və təməl azadlıqlar” əsas şərt kimi irəli sürüləcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun