ABŞ Venesuelaya qarşı sanksiyalarını sərtləşdirib

ABŞ Venesuelaya qarşı sanksiyalarını sərtləşdirib
16 Fevral 2019
Mətni dəyiş

ABŞ hökuməti Venesuelaya qarşı sanksiya siyahısına bu ölkənin daha 5 vətəndaşının adlarını əlavə edib.

“Reuters” xəbər verir ki, bu barədə ABŞ-ın Maliyyə Nazirliyi məlumat yayıb.

Həmin şəxslər arasında “Petroleos de Venezuela” (PDVSA) dövlət neft-qaz şirkətinin rəhbəri Manuel Quevedo, Xüsusi Təyinatlı Milli Bolivariana Polisinin (FAES – Força de Açao Especial da Policia Nacional Bolivariana) rəhbəri Rafael Bastardo, habelə kəşfiyyat idarəsinin 3 nəfər yüksək rütbəli nümayəndəsi var.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun