ABŞ 'Facebook'u bir neçə milyard dollar cərimələyir

ABŞ 'Facebook'u bir neçə milyard dollar cərimələyir
15 Fevral 2019
Mətni dəyiş

ABŞ Federal Ticarət Komissiyası 'Facebook'u istehlakçıların marağına zidd addımlar atdığına görə cərimələyəcəyini açıqlayıb.

Bu haqda "The Washington Post" xəbər yayıb. Cərimənin miqdarı milyardlarla dollar olacağı gözlənilir.

Məlumata görə, cərimələnmənin səbəbi istifadəçilərin şəxsi məlumatlarının üçüncü şəxslərə satılmasıdır.

Hələlik cərimənin miqdarı müəyyənləşdirilməyib, ancaq söhbət bir yox bir neçə milyard dollardan gedir. Bunun 'Facebook' tarixində ən böyük cərimələnmə olacağı gözlənilir.

Hər şey "Cambridge Analytica"ya məlumat ötürəndən sonra başlayıb

'Facebook'a qarşı ittihamların səbəbi 2018-ci ildə ingilis şirkəti "Cambridge Analytica" ilə gizli sövdələşməsi olub.

Bu şirkət 87 milyon 'Facebook' istifadəçisinin məlumatlarını qeyri-qanuni şəkildə ələ keçirib və üçüncü tərəfə satıb.

[caption id="attachment_74293" align="aligncenter" width="1000"] Foto: Andrew Harnik/AP. ABŞ Konqresi, 10 aprel 2018.[/caption]

Şirkət məlumatları həmçinin indiki ABŞ prezidenti Donald Trampın seçki qərargahına da satıb. Tramp isə o məlumatları şəxsi reklamı üçün istifadə edib.

Keçən ilin aprel və may aylarında 'Facebook'un sahibi Mark Zuckerberg ABŞ konqresində və Avropa Parlamentində təşkil olunmuş dinləmələrdə şəxsi məlumatların yayılması faktını qəbul edib və üzr istəyib.

Bundan sonra Böyük Britaniyanın İnformasiya Məsələləri üzrə Komissarlığı (ICO) 2018-ci ilin oktyabrında 'Facebook'u 500 min funt sterlinq miqdarında cərimələyib.

Komissarlığın məlumatına görə, bu cərimələmənin səbəbi 2007-ci ildən 2014-cü ilə qədər Facebookun "kifayət qədər aydın şəkildə" mobil proqramlarla razılaşaraq sosial şəbəkənin üzvlərinin məlumatlarını, həmçinin üzvlərin dostları haqda məlumatları onlara satıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun