Ərdoğanı təhqirə görə bir qucaq kitab oxumağa məhkum edildi

Ərdoğanı təhqirə görə bir qucaq kitab oxumağa məhkum edildi
11 Fevral 2019
Mətni dəyiş

Türkiyə məhkəməsi prezidenti təhqir edən vətəndaşı Ərdoğanın həyatı haqda kitabları oxumaqla cəzalandırıb.

'Abzas' Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbulun Maltəpə rayonunda yaşayan 75 yaşlı Ali Şahin haqqında "Prezidenti təhqir etmək" ittihamı ilə cinayət işi qaldırılıb.

Ali Şahin özü jurnalistlərə deyir ki, onu polisə xəbərləyən adamı birinci dəfə çayxanada görüb. Az sonra polislər çayxanaya gəlib və onu polis bölməsinə aparıblar.

Prezidenti təhqir etmədiyini və ona böhtan atıldığını deyən Ali Şahini hakim inzibati nəzarət şərtiylə azadlığa buraxıb.

Məhkəmədən sonra qərarı alan Ali Şahin qərara baxanda şok keçirib. Çünki, hakim onu bir qucaq kitabı oxuyub onların qısa məzmununu yazmaq cəzası verib.

İstanbul Anadolu 8-ci Sülh Cəza Hakimliyinin çıxartdığı qərarda ümumilikdə 24 kitablıq siyahı qeyd edilib.

Siyahının başında Ömər Seyfəddinin kitabı verilib, onun ardınca isə Necip Fazıl Kısakürək, hökümətə yaxın Günəş qəzetinin redaktoru Turgay Gülerin prezident Rəcəb Tayyib Ərdoğan haqda yazdığı "Bir Liderin doğuşu" kitabı, Akit qəzetinin keçmiş köşə yazarı Faruk Kösenin, həmçinin hökümətə yaxın digər yazar Abdulkadir Selvinin kitabları yer alıb.

Siyahıda həmçinin Mustafa Kamal Atatürkün "Nutuk" əsəri də var.

Məhkəmənin qərarına münasibət bildirən Ali Şahin deyib ki, vəkilləri məhkəmənin qərarına etiraz etsə də o siyahıda verilən kitabları tapıb oxumağa başlayacaq.

[caption id="attachment_73978" align="alignnone" width="700"] Ərdoğanı təhqirə görə cəzalandırılan Ali Şahinə məhkəmənin oxumaq tələbi qoyduğu kitablar.[/caption]

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun