Macarıstanın 'loukoster' aviaşirkəti "Wizz Air" Ermənistanda fəaliyyət göstərməyə başlayır.
Şirkət 2020-ci ildən başlayaraq Ermənistanın paytaxtı Yerevandan Vyana və Vilnyusa, Gümrü şəhərindəki "Şirak" hava limanından isə London və Parisə ucuz avioreyslər təşkil edəcəyini bildirib.
Məsələ ilə bağlı "Wizz air"in rəsmisi Andreas Rado keçirdiyi mətbuat konfransında jurnalistlərə bildirib. Onun sözlərinə görə "Wizz air"lə Avropa şəhərlərinə uçuş cəmi 25 avroya başa gələcək və bununçün biletlər artıq satışa çıxarılıb.
"Biz bunlarla kifayətlənməyib yeni istiqamətlərə uçuşlar təşkil etməyi düşünürük. Planımızda başqa Avropa şəhərlərinə uçuşlar da var, amma hələlik bu haqda deyə bilmərik"- deyə Andreas Rado bildirib.
"Wizz air" rəsmisinin sözlərinə görə uçuşlar gündür və səhər saatlarında olacaq. Biletin qitməyinə baqaj və yemək daxil olmayacaq, bu xidmətlər üçün ayrıca pul ödəmək lazım gələcək.
Xatırladaq ki, bundan əvvəl İrlandiya aviaşirkəti “Ryanair” 2020-ci ilin yanvar ayından Ermənistandan Roma, Milan və Berlinə cəmi 20-30 avroya, yəni Azərbaycanda olduğundan 10 dəfə ucuz aviareyslər təşkil etməyə başlayıb.