18 Dekabr 2019
Mətni dəyiş
Ukraynadan deportasiya edildikdən sonra həbs edilmiş videobloger Elvin İsayevə vəkili Gülarə İlyasovanın iştirakı ilə ölkə CM-in maddələri ilə ittihamlar irəli sürülüb.
Bu barədə Azərbaycan Baş Prokurorluğunun mətbuat xidmətinin məlumatında deyilir.
Cinayət işi 2019-cu il avqustun 15-də dövlət əleyhinə və kütləvi iğtişaşlara açıq çağırış faktları ilə bağlı açılıb.
Cinayət işi üzrə tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla cinayətin digər iştirakçılarının tam dairəsinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Öz növbəsində, vəkil İlyasova bildirib ki, müvəkkili özünü təqsirli bilir və ona qarşı davranışla bağlı heç bir şikayəti yoxdur.
Amma İsayevin ailəsinin cəlb etdiyi vəkil - Vüqar Xasayev Turan agentliyinə bildirib ki, istintaq orqanına, Baş Prokurorluğun qaynar xəttinə və Ombudsman Aparatına müraciət etməsinə baxmayaraq, dekabrın 16-dan məhbusla görüşə bilmir.
Xatırladaq ki, Azərbaycan Miqrasiya Xidməti İsayevin dekabrın 12-də Kiyevdə saxlanıldığını və Azərbaycana deportasiya edildiyini, məhkəmə qərarı ilə həbs edildiyini bildirib.
İsayev sosial şəbəkələrdə Azərbaycan hakimiyyətinin və siyasətçilərinin ünvanına ciddi ittihamlar və qeyri-etik ifadələr yer alan qalmaqallı videomüraciətləri ilə məşhurdur.