3 Dekabr 2019
Mətni dəyiş
Rusiya prezidenti Vladimir Putin ölkədən kənardan maliyyə dəstəyi alan media qurumlarında çalışan jurnalistləri "Xarici agent" olaraq qəbul edən yeni mətbuat və informasiya qanunvericiliyini təsdiqləyib. Qanuna edilmiş yeni düzəlişlərə görə artıq adi vətəndaşlar, xüsusilə də jurnalistlər "xarici agent" olaraq tanınacaqlar.
Putin Rusiyada fəaliyyət göstərən xarici mətbuat orqanlarında çalışan jurnalistləri "xarici agent" kimi tanıyan qanun layihəsini hələ 2017-ci ildə imzalamışdı. Putinin təsdiqləməsindən sonra yenidən dəyişikliklərə uğrayan qanun layihəsi əsasında indi jurnalistləri xarici ölkəyə casusluq etməkdə ittiham etmək mümkün olacaq.
"Amnesty International" beynəlxalq təşkilatı etdiyi açıqlamada Rusiya mətbuatında bu cür dəyişikliyi "Azad və müstəqil mətbuatın qısıtlanması yönündə yeni bir addım" adlandırıb. "Human Rights Watch" təşkilatı da rus hökümətinə haqqında bəhs olunan qanunu ləğv etməyə çağırıb.