Polşada minlərlə insan hakimlərə qarşı hökümətin təzyiqlərinin get-gedə artdığına görə etiraz üçün küçələrə çıxıb.
Polşa boyu yüzdən çox şəhərdə baş tutan etirazlarda məhkəmələrin müstəqilliyi ilə bağlı şüarlar söylərkən, həm də Polşa prezidenti Anjey Dudanın hakim Pawel Juszczyszynı vəzifəsindən çıxarmasına etiraz ediblər. Pawel Juszczyszyn prezidenti bundan əvvəl vəzifəyə qoyduğu bir hakimə görə tənqid etmişdi.
Etirazlara vəkillər və hakimlər də öz iştirakları ilə dəstək veriblər. Ən böyük aksiya paytaxt Varşavada Ədliyyə Nazirliyinin önündə baş tutub.
Ədliyyə Nazirliyinin önündəki etirazlarda çıxış edən hakim Juszczyszyn nitqində deyib ki: "Hakim doslarıma müraciət edirəm, hökümətin sizi əzməsinə imkan verməyin, azad və cəsur olun"
Polşa iqtidakındakı millətçi, mühafiəzkar Hüquq və Ədalət partiyası hüquq sahəsində çoxlu dəyişikliklər etməyi qərara alıb. Müxalifət hakim partiyanın apardığı hüquq islahatlarının güclər ayrılığı şərtini pozduğunu və məhkəmənin azadlığını ortadan qaldırdığını deyir. Avropa komissiyası da bu cür dəyişiklikləri qınayıb.
Hökümət isə ölkədəki hakimiyyət sisteminin hələ də kommunist dövrün təsirlərini daşıdığını, rüşvət və islahatlar üçün bu dəyişikliklərin lazım olduğunu deyir.