Lüsenburqda yerləşən təhqiqat firması sui-qəsd nəticəsində həyatını itirmiş jurnalist Dafna Karuana Qalizianın ölümünün arxasında Azərbaycanın dayana biləcəyini iddia edir.
Lüksenburqdakı bu özəl təhqiqat bürosunu Britaniyadakı piar-media şirkəti "Chelgate" Malta hökümətinin sifarişi ilə kirayələnib. Büro jurnalist Dafna Caruana Galizianın öldürülməsi üçün mümkün motivlərlərlə bağlı hesabat hazırlayıb.
Lüksenburqda özəl təhqiqat şirkəti olan "Sandstoun" jurnalistin qətlinin Rusiya tərəfindən maliyyləşdirilə biləcəyini iddia edir.
Bundan öncə "EUobserver" qəzetinin araşdırmasına görə jurnalist çeçen killer tərəfindən Azərbaycan və Rusiya hökümətlərinin sifarişi ilə öldürülmüş ola bilər.
[caption id="attachment_84261" align="aligncenter" width="1024"]
Maltalı jurnalist Dafna Karauna Qaliziyanın partladılmış maşını.[/caption]
Malta höküməti tərəfindən tutulan ingilis "Chelgate" şirkətinin əsas məqsədi seçkilərə müdaxilədə ittiham olunan Britaniya şirkəti Stateji Kommunikasiyalar Laboratoriyaları (SCL) ilə leyboristlər hökümətinin HƏR HANSI hansısa əlaqələrisinin olduğuna dair itthamlar qarşı mübarizə aparmaqdır.
"Sandstoun"un araşdırmalarına görə Azərbaycandakı hakim ailənin və bir sıra oliqarxların indi artıq bağlanmış Malta bankı "Pilatus" bankında hesabları olub, onların Maltanın ən yüksək vəzifəli adamları, həmçinin baş nazir Cozef Muskatla əlaqələri olub. Bundan əlavə maltada tikilən "Elektroqaz" adlı layihənin payçılarından biri də Azərbaycan dövlət neft şirkəti olan "Socar"dır.
Təhqiqat firması jurnalistin öldürülməsinə "hökümət orqanları ilə əlaqədar olan təcrübəli peşəkar"dan istifadə edilib.