Oqtay Gülalıyevin vəziyyətində yaxşılığa doğru irəliləyiş var

Oqtay Gülalıyevin vəziyyətində yaxşılığa doğru irəliləyiş var
13 Dekabr 2019
Mətni dəyiş

Hüquq müdafiəçisi Oqtay Gülalıyevin vəziyyətində müsbət dinamika müşahidə olunur. Son sutkalar fəal daha yaxşı nəfəs almağa başlayıb, böyrəyindəki kreatin azalmağa başlayıb, temperatur normaya düşüb. Bu barədə Turan-a hüquq müdafiəçisinin xanımı Füruzə Gülalıyeva bildirib.

Buna baxmayaraq, o hələ də komadadır. Lakin müalicədəki müsbət dinamika fəalın bu durumdan çıxacağına ümid yaradır.

Xatırladaq ki, tanınmış hüquq müdafiəçisini oktyabrın 29-da Bakının mərkəzində maşın vurub. O, ağır kəllə-beyin travması alıb, beyninə qan sızıb. Bir neçə saatdan sonra komaya düşüb. Oktyabrın 30-da Bakıda ona neyrocərrahiyyə əməliyyatı edilib.

Noyabrın 5-də Heydər Əliyev Fondunun dəvəti ilə gələn türkiyəli mütəxəssislər O.Gülalıyevin müalicə üçün Türkiyəyə aparılmasını tövsiyə ediblər. Noyabrın 6-da o, AZAL-ın xüsusi reysi ilə İstanbula göndərilib və “Avrasiya” klinikasına yerləşdirilib. Noyabrın 19-da “Amerika” xəstəxanasına köçürülüb, ertəsi gün başına yığılmış mayeni çıxarmaq üçün başqa bir neyrocərrahiyyə əməliyyatı keçirilib.

Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın göstərişi ilə O.Gülalıyevin müalicəsi ilə bağlı bütün xərcləri Heydər Əliyev Fondu öz üzərinə götürüb.-

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun