Özbəkistanın baş prokuroru eks-prezident Gülnarə Kərimovaya qarşı yeni ittihamlarla cinayət işi qaldırıb. O mütəşəkkil cinayətkar qurup yaradaraq reyderlik yəni basqınçılıq etməkdə suçlanır. Bu haqda proqurorluğun mətbuat katibi məlumat yayıb. Məlumata görə Gülnarə Kərimova və onun vəkilinə tanış olmaq üçün yeni cinayət işinin materialları verilib.
İstintaqın ilkin məlumatlarına görə Gülnarə Kərimova özünə yaxın adamlardan mütəşəkkil cinayətkar dəstə yaradaraq özü də o dəstəyə rəhbərlik edib. Onun yaratdığı qrup basqınçılıq edərək ayrı-ayrı müəssisələri ələ keçirib, müəssisə sahiblərini qorxudaraq mülkiyyətlərini Kərimovanın adını keçirməyə məcbur edib. Beləliklə o 165 milyon dollar və 85 milyard sum (9 milyon dollar) qazanc əldə edib.
Bu işin çərçivəsində Kərimovanın törətdiyi cinayətlərlərə Cinayət məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi qaldırılıb. O soyğunçuluq, özgə əmlakını ələ keçirmə, Özbəkistanın maraqlarına qarşı müqavilələr imzalama kimi maddələrlə mühakimə olunur.
[caption id="attachment_79679" align="aligncenter" width="742"]
Gülnarə Kərimovanın Fransanın Versal sarayının ətrafında aldığı nəhəng malikanə. Malikanə sonradan satılaraq pulu Özbəkistan büdcəsinə qaytarıla bilib.[/caption]
Cinayət işinin istintaqı artıq bitib və iş tanış olmaq üçün Kərimovaya və vəkilinə verilib. Özbəkistanın baş prokurorluğu bildirir ki, Gülnarə Kərimovaya qohumları tərəfindən yeddi vəkil tutulub və onlar istədikləri zaman müştəriləri ilə görüşə bilirlər.
Baş prokurorluğun yaydığı məlumayda həmçinin o da deyilir ki, Ədliyyə Nazirliyi ABŞ, İsveçrə, Fransa, Rusiya və Latviya ilə danışıqlar apararaq hakim ailənin ölkədən çıxardığı 1,3 milyard dollarlıq varidatını geri qaytarmağa çalışır.