6 Dekabr 2019
Mətni dəyiş
Fransada pensiya islahatlarına qarşı az qala bir milyon insanın iştirak etdiyi kütləvi mitinqlər keçirilib. Mitinqlərdə müxtəlif peşələrin adamları iştirak ediblər. Müəllimlər, ictimai nəqliyyat sürücüləri, hüquq mühafizə orqanlarının əməkdaşları, məhkəmə işçiləri, həkimlər və aviodispeçerlər meydanlarda öz haqqlarını tələb ediblər.
Ölkədə kütləvi tətillərə görə məktəblərdə dərslər dayandırılıb. Bu ölkədə son illər keçirilən ən böyük tətillər olub.
Qeyd edək ki, Fransada onlarla fərqli pensiya proqramı var, baş nazir Emmanuel Makron isə bu sistemlərin bahalı və mürəkkəb olduğunu, buna görə də yeni universal bir pensiya sisteminin yaradılması gərəkdiyini deyib.
İslahatlar pensiyaların hesablanması üçün yeni sistem, pensiya balları sistemi təklif edir. Yeni tətbiq olunmuş sistemə görə əvvəl 62 yaşında pensiyaya çıxan adamlar indi 64 yaşına qədər işləməlidir. Bu yaş həddi ona görə müəyyənləşdirilib ki, pensiya sistemi defisitlərə məruz qalmasın. Hökümət islahatları 2020-ci ilə qədər parlament vasitəsilə həyata keçirməyə çalışacaq.