Estoniya müdafiə naziri: "Rusiya təhlükəsizliyimiz üçün ən böyük təhdiddir"

Estoniya müdafiə naziri: "Rusiya təhlükəsizliyimiz üçün ən böyük təhdiddir"
3 Dekabr 2019
Mətni dəyiş

"NATO-ya ehtiyac indi hər zamankından daha yüksəkdir, çünki Rusiya təhdidi qalmaqdadır". 

Bu sözləri Estoniyanın müdafiə naziri Yuri Luyk "ERR" xəbər agentliyinə bildirib.

Nazirin sözlərinə görə, Şimali Atlantika alyansına üzv olan bütün ölkələr ümumi dəyərlər və təhlükəsizliklərinə gerçək təhdidlər üzərində fikir toplamalıdır.

"Biz açıq deməliyik ki, Rusiya təhdidi var. Onu gizlətməyin, ya da görməzdən gəlməyin mənası yoxdur", - deyə nazir bildirib.

Eston nazir həmçinin Fransa prezidenti Emmanuel Makronun Rusiya ilə dialoqun vacibliyi ilə bağlı fikirlərinə rəy bildirir. Lyuk deyib ki, Makronun fikirlərinə skeptik yanaşır.

"Rusiyada bir müddət səfir işləyəndən sonra anladım ki, ruslarla bu cürə dialoqun onlar üçün heç bir dəyəri yoxdur. Əlbəttə, onlar nələrisə istəyir, ancaq biz onlara istədiklərini verməməliyik" - deyə Lyuk bildirir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun