4 Dekabr 2019
Mətni dəyiş
Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncama əsasən, Rüstəm Gülabba oğlu Xəlilov Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. O bir neçə gün öncə buraxılmış parlamentdə deputat idi.
Rüstəm Xəlilov bu təyinatadək 64 saylı Sabirabad ikinci seçki dairəsindən Milli Məclisin deputatı idi. Ölkə başçısının daha əvvəl imzaladığı sərəncamla Əhməd Kərəm oğlu Muxtarov Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Xatırladaq ki, Rüstəm Xəlilov 2017-ci ildə doğulduğu Sabirabad rayonunda atasının heykəlini qoyması ilə məşhurdur. Onun atası Gülabba Xəlilov sovet dövründə pambıqçı və kalxoz sədri olub.