ABŞ senatı uyğurlara görə Çinə qarşı siyasəti sərtləşdirəcək

ABŞ senatı uyğurlara görə Çinə qarşı siyasəti sərtləşdirəcək
4 Dekabr 2019
Mətni dəyiş
ABŞ senatının aşağı palatası olan "Təmsilçilər məclisi" Çində yaşayan uyğurlara qarşı təzyiqlərə görə prezident Donald Tramp hökümətinin Çinə qarşı daha sərt siyasət yeritməsini hədəfləyən qanun layihəsini böyük çoxluqla təsdiqləyib. Çin Xalq Cumhuriyyətində son zamanalr ölkənin şimal-qərbindəki Sincan əyalətində yaşayan müsəlman uyğur azlığa qarşı təzyiq tətbiq edən şəxslərə qarşı qanun layihəsini ABŞ senatının nümayəndələr palatası 1 səs əleyhinə 407 səs isə lehinə olaraq qəbul edib. Qanun layihəsində deyilir ki, bir milyondan çox uyğur və digər müsəlman azlıqlara məsxus çin vətəndaşları bu ölkədəki təlim düşərgələrində "qorxunc şəraitdə" saxlanılır. Qanun layihəsi həm də aralarında Çin Kommunist Partiyasının Sincan üzrə nümayəndəsi Chen Quanguoya qarşı da sanksiyalar tətbiqi nəzərdə tutur. Layihəyə görə ABŞ Xarici İşlər Nazirliyi bir il ərzində Çindəki uyğurların vəziyyəti ilə bağlı bir hesabat hazırlamalıdır. Təmsilçilər məclisində səsverədən öncə çıxış edən məclisin üzvü və Demokrat Partiyasının nümayəndəsi Nensi Pelosi Pekinin apardığı siyasəti barbar üsullardan ivarət olduğunu, uyğurların insanlıq ləyaqətlərinin və insan haqqlarının təhlükəyə atıldığını bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun