16 Dekabr 2019
Mətni dəyiş
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ı bu ölkədəki "İncirlik" hərbi bazasını bağlamaqla hədələyir. O dekabrın 15-də verdiyi bəyanatda Vaşinqtonun Türkiyəyə qarşı sanksiyalar tətbiq edəcəyi durumunda Ankaranın belə bir addım atacağını deyib. Ərdoğan amerikan bazasının bağlanması üçün daha bir səbəb kimi ABŞ senatının erməni soyqırımını tanımasını göstərir.
Ərdoğan həmçinin Türkiyənin NATO-nun Avropada hava hücumundan müdafiə sisteminin bir parçası olan "Kürecik" hərbi bazasını da bağlaya biləcəyini deyib.
Bu cür açıqlama ilə dekabrın 11-də Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu çıxış edib.
Qeyd edək ki, söhbət Türkiyənin rus zenit raket sistemi S-400-ləri almağa qərar verməsindən sonra ona qarşı sanksiyalar hədəsi gəlməyə başlayıb. ABŞ bundan sonra rəsmən Türkiyəni F-35 qırıcıları proqramındakı əməkdaşlar sırasından çıxarmağa qərar verib.
Türkiyənin cənub-şərqində yerləşən "İncirlik" bazası ABŞ-ın Yaxın şərqdəki əsas hərbi bazalarından biridir. "Kürecik" aviobazası isə Türkiyənin şərqində yerləşən NATO-nun mühüm hərbi bazalarından biridir.