11 Dekabr 2019
Mətni dəyiş
Jurnalistləri Müdafiə Komitəsi (CJP) 2019-cu ildə dünyada jurnalistlərin vəziyyəti ilə bağlı hesabay yayıb. Hesabata görə hal-hazırda Çin və Türkiyə dünyanın jurnalist həbsxanasıdır. Belə ki, Çində 48, Türkiyədə isə 47 jurnalist həbsdədir.
Hesabatda həmçinin qeyd olunur ki, avtoritar rejimlərdə müstəqil mediyaya təzyiqlər get-gedə artır və həbs olunan jurnalistlərin çoxu "dövlət əleyhinə" cinayətlərlə üz-üzə qalır, ya da böhtan, yalan yaymaqda ittiham olunur.
Nyu-Yorkda yerləşən CJP təşkilatının həbs olunan jurnalistlərlə bağlı siyahısına üç ildir ki, Türkiyə başçılıq edirdi. Bu il Çin prezidenti Şi Jinping mətbuatı nəzarətdə saxlamağa çalıdığı üçün Çin artıq siyahıda liderliyi ələ alıb.
Jurnalistləri Müdafiə Komitəsi dünya boyu ən azı 250 jurnalistin bu ili həbsxanada keçirdiyini də bəyan edib.
Jurnalistlərin ən çox təzyiqlərə məruz qaldığı ölkələr arasında Çin, Türkiyə, Səudiyyə Ərəbistanı, Misir, Eritreya, Vyetnam və İranın adı öndə gedir.