Vəkillər Kollegiyası daha bir müstəqil vəkilin fəaliyyətini dayandırır

Vəkillər Kollegiyası daha bir müstəqil vəkilin fəaliyyətini dayandırır
29 Noyabr 2019
Mətni dəyiş
Vəkil Şəhla Hümbətovanın fəaliyyəti dayandırılıb.  Vəkillər kollegiyası onun fəaliyyətinin dayandırılması üçün məhkəməyə müraciət edib. Vəkillər Kollegiyasının aparat rəhbəri Fərhad Nəcəfov deyib ki, bu barədə qərar noyabrın 28-də qurumun Rəyasət Heyətinin iclasında Ş.Hümbətovanın vəkillik fəaliyyətində buraxdığı nöqsanlarla əlaqədar qəbul edilib. Bundan əlavə, F.Nəcəfov bildirib ki, Ş.Hümbətova 6 aydan çoxdur ki, Vəkillər Kollegiyasına üzvlük haqqını ödəmir. Vəkillər Kollegiyası bu əsaslarla onun fəaliyyətinin dayandırılması üçün məhkəməyə müraciət edib. Ş. Hümbətovadan şərh almaq mümkün olmayıb. O, hüquq-müdafiə fəaliyyətilə məşğul olması ilə tanınır.  Belə ki, bir sıra siyasi məhbusu, o cümlədən tanınmış hüquq müdafiəçisi İntiqam Əliyevi müdafiə edib. Həmçinin inzibati işlər üzrə həbs edilən fəalların hüquqlarının müdafiəsilə bağlı proseslərə çıxıb. İndiyədək müxalifətçilərin işlərini müdafiə edən və vətəndaşların hüquqlarının pozulması ilə bağlı proseslərdə çıxış edən 10-a yaxın vəkil uydurma səbəblərlə öz səlahiyyətindən məhrum edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun