19 Noyabr 2019
Mətni dəyiş
Türkiyənin “Hürriyet” qəzetinin məlumatına görə, bu ölkədən deportasiya olunan İŞİD üzvləri arasında 29 Azərbaycan vətəndaşı da var.
Türkiyə hakimiyyətinin dərc etdiyi islam döyüşçüləri siyahısında 99 Rusiya vətəndaşı, 17 Almaniya, 21 Tacikistan, 23 Qırğızıstan, 10 Qazaxıstan vətəndaşı, habelə digər ölkələrin vətəndaşları var.
Türkiyə artıq Suriya və İraqda döyüş əməliyyatları zamanı həbs edilmiş İŞİD üzvlərinin vətəndaşları olduqları Avropa ölkələrinə deportasiyasına başlayıb.
Bir müddət əvvəl Azərbaycan hakimiyyəti bildirib ki, İraq və Suriyada islam radikallarının tərəfində yüzlərlə ölkə vətəndaşı döyüşür. Onların böyük əksəriyyəti həlak olub. Bundan başqa, döyüşçülərin həyat yoldaşları və övladları orada qalırdı, onların bir hissəsi Azərbaycana qaytarılıb.