Təbriz yaxınlığında 5,9 bal gücündə zəlzələ olub

Təbriz yaxınlığında 5,9 bal gücündə zəlzələ olub
8 Noyabr 2019
Mətni dəyiş
İranın Şərqi Azərbaycan vilayətində 5,9 bal gücündə zəlzələ azı 3 nəfərin həyatına son qoyub. Xəbəri dövlət mediası yayıb. İlkin məlumatlara görə, zəlzələdə azı 20 nəfər xəsarət alıb. Avropa Aralıq Hövzəsi Seysmoloji Mərkəzi zəlzələ episentrinin Təbriz şəhərinin 112 kilometrliyində olduğunu bildirib. Mərkəz 20 milyon adamın zəlzələni hiss etdiyi xəbər verir. Bir rəsmi “zəlzələnin episentrinin Varnakeş kəndinə düşdüyünü, yaralıların isə Sərab şəhərindən olduğunu” deyib. Türkmənçay şəhərində bir neçə ev dağılıb. [caption id="attachment_83518" align="aligncenter" width="1023"] Noyabrın 7-də İranda baş vermiş zəlzələnin episentri Təbrizdən 110 km cənubda olub.[/caption] Xatırladaq k, 2012-ci ildə Təbriz yaxınlığında baş vermiş iki zəlzələdə 300 nəfərdən çox ölən olmuşdu. 5 baldan güclü zəlzələlər əsaslı dağıntılarla nəticələnir. İran ərazisi əsas çat xətlərinin üstündə yerləşdiyindən burada günə orta hesabla bir titrəyiş qeydə alınır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun