25 noyabr "Beynəlxalq Qadınlara Qarşı Şiddət və Zorakılığa Qarşı Mübarizə günüdür. Bu münasibətlə Azərbaycan qadın hüquqları fəalları paytaxtdakı dövlət idarələrinin önündə Qadın Zorakılığına hökümətin diqqətini çəkmək üçün aksiyalar keçiriblər.
Aksiyaçılar əllərində tutduqları plakatlarla hökümətin zorakılığa qarşı beynəlxalq konsensiyalara qoşulmamasını, hüquq-mühafizə orqanlarının qadın zorakılığına qarşı laqeydliyini qınayıblar.
[caption id="attachment_83982" align="aligncenter" width="800"]
Rəbiyə Məmmədova Milli Məclisin qarşısında aksiya keçirərkən.[/caption]
Milli Məclisin binası qarşısında polis
Rəbiyyə Məmmədovanı və digər fəal
Senay Qəhrəmanlını saxlayıb. Qəhrəmanlının mobil telefonu əlindən alınıb və onu polis şöbəsinə aparmaq istəyiblər.
Senayın 15 yaşı olduğu polisin diqqətinə çatdırıldıqdan sonra yeniyetməni buraxıblar.