Paşinyan: "Son bir il yarımda Azərbaycanla sərhəddə gərginlik aşağı düşüb"

Paşinyan: "Son bir il yarımda Azərbaycanla sərhəddə gərginlik aşağı düşüb"
4 Noyabr 2019
Mətni dəyiş
Ermənistanın baş nazirir Nikol Paşinyar son 1,5 ildə Azərbaycanla sərhəddə gərginliyin azaldığını qeyd edib. O bu haqda bu gün öz Facebook hesabında canlı yayım edərkən deyib. "Ümumiyyətlə erməni-azərbaycan münasibətlərindəki vəziyyət həmişə gərgin olub, ancaq istəyirəm deyəm ki, bu təhlükə və təhdidlər 3, 4, 5 il öncəkindən daha azdır. Əgər indi Azərbaycanla sərhəddəki gərginliyin monitorinqini aparsaq görərik son 1,5 ildə gərginlik kəskin aşağı enib və bu eniş Düşənbə danışıqlarından sorna başladı" - deyə Paşinyan bildirib. Paşinyan həmçinin Qarabağ münaqişəsinin həllində maraqlı dinamikanın olduğunu da bildirib. "Təəssüf ki, gərginlik azalsa da qalmaqdadır. Bizim yenə də cəbhədə qurbanlarımız olur. Heç kim demir ki, Qarabağ münaqişəsində sülh razılığına gəlib çatmışıq. Digər tərəfdən isə qeyd etmək istəyirəm ki, danışıqlar prossesində kifayət qədər maraqlı dinamika var və mən dinamikanın inkişafına ümüdlüyəm".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun