28 Noyabr 2019
Mətni dəyiş
Ermənistanın baş naziri Nikol Paşinyan bu gün Qırğızıstanın paytaxtı Bişkek şəhərində "KTMT"-nin (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) növbəti sammitində iştirak edib. İclasa KTMT üzvləri olan Belaruz, Qazaxıstan, Tacikistan, Qırğızıstan və Rusiya rəhbərləri işrak edib.
O beş ölkə başçısıa Ermənsitanın son illər gəldiyi vəziyyət, Azərbaycanla münasibətlər və Dağlıq Qarabağdakı vəziyyətlə bağlı danışıb.
Paşiyan deyib ki, Ermənistan "KTMT"-nin effektivliyi və beynəlxalq reputasiyasının yüksəldilməsinə qatqılarını edəcək.
Paşinyan Qarabağ münaqişəsinin hərbi yolla nizamlanmasını tamamilə perespektivsiz üsul adlandırıb və sülh razılaşmalarının başqa heç bir alternativi olmadığını bildirib. O həmçinin Azərbaycanın daim hərbə can atmasının Ermənsitan və "KTMT" ölkələri üçün təhdid olduğunu dilə gətirib.
"Məncə Cənubi Qafqazda yeni müharibə ocaqlarını qızışması faciəvi nəticələrə gətirəcək. Hərbi vəziyyət Suriyada tərki-silah olunmuş islan fundamentalistlərinin diqqətini bu regiona çəkə bilər" - deyə Paşinyan bildirib.
Bumdan əlavə Paşinyan KTMT üzvlərini Qarabağda müharibənin yenidən qızışmaması üçün Azərbaycanın silah almaq istəklərini cavabsız qoymalı olduğunu da deyib.