Noyabrın 14-də hərbçi övladı öldürülmüş, həbs edilmiş bir qrup valideyn Prezident Administrasiyasında qəbula getsələrdə, onları qəbul edən olmayıb. Bu da valideynləri narazı salıb.
Valideynlər isə İçərişəhər metrosunun qarşısında toplaşıb jurnalistlərə problemləri ilə bağlı açıqlamalar veriblər. Onların şikayətlərindən qısa başlıqları və videoreportajı təqdim edirik:
“Şəfayət İmranova dedim, özümü prezidentin maşınının altına atmaq da olsa sözlərimi İlham Əliyevə çatdıracam”
"Oğlumu iki sutkaya işgəncə altında öldürdülər, amma iki il yarımdı mənə bir dəlil-sübut tapıb göstərə bilmirlər".
"Öldürdüklərini öldürdülər, öldürmədiklərinin də şərəf-ləyaqəti ilə oynadılar".
"Ya yoldaşını şərləməlisən, ya özünə şər atmalısan, ya da işgəncə altında ölməlisən, mənim oğlum işgəncə altında ölməyi seçdi."
"Çıxartsınlar xalq qarşısına məhkəməyə, əgər oğlumun bir günahı olubsa, bir ana kimi məni də öldürsünlər".