Bu gün, noyabrın 1-də hüquq müdafiəçisi Oktay Gülalıyev 'City Hospital'dan Respublika Neyrocərrahiyyə Xəstəxanasına köçürülüb.
Abzas-ın məlumatına görə, Oktay Gülalıyevi əməliyyat edən həkimlər Neyrocərrahiyyə Xəstəxanasının həkimləri olub.
Hüquq müdafiəçisinin digər xəstəxanaya köçürülməsini onu əməliyyat edən həkimlər tövsiyyə ediblər. Onlar bildiriblər ki, hüquq müdafiəçisini daimi nəzarətdə saxlamaq onların yanında olmağı yaxşıdır.
Bu həmçinin Azərbaycan Beynəlxalq Bankının Nərimanov şöbəsində Oqtay Gülalıyevin xanımı Firuzə Gülalıyevanın adına hesab açılıb.
İanə toplanılması üçün bank hesabı açılıbOktyabrın 29-da avtomobil vurması nəticəsində ciddi xəsarət alan hüquq müdafiəçisini dəstəkləmək istəyənlər manat, avro və dollar ilə vəsaiti həmin hesaba köçürə bilər.
Tanınmış hüquq müdafiəçisini oktyabrn 29-da maşın vurub və ağır vəziyyətdə xəstəxanaya aparılıb. Ona beyin zədələnməsi diaqnozu qoyulub.
Həkimlərin rəyinə görə, O.Gülalıyevin komadan 21 gündən tez çıxacağı gözlənilmir. Həkimlər bunu onun əməliyyata gec alınması ilə izah ediblər.
Onların sözlərinə görə, həyatı üçün təhlükə qalır. Əməliyyatın 3-cü və 7-ci günləri xəstə üçün kritik günlərdir. Həkimlərin əsas vəzifəsi beyinə yenidən qan sıza bilməsinin qarşısını almaqdır.
Polis və prokurorluq açıqlama yayıb
Bakı Şəhər Baş Polis İdarəsi və Bakı Şəhər Prokurorluğu birgə bəyanatla çıxış edərək hüquq müdafiəçisi Oqtay Gülalıyevin maşınla qəsdən vurulmasını təkzib ediblər.
Açıqlamada deyilir ki, avtomobilin sürücüsü Kənan Abdullayev həqiqətən taksi sürücüsüdür, qəza günü onun getdiyi marşrut O.Gülalıyevin hərəkət marşrutu ilə üst-üstə düşmür və onlar şəxsən tanış olmayıblar.
Hadisədən təxminən 2 saat öncə K.Abdullayev milliyətcə ərəb olan şəxsi və onun tərcüməçisini “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna aparıb. Şəhərə dönən sürücü onları 28 May küçəsində hadisənin baş verdiyi yerin yaxınlığında maşından endirib. Sonra hər gün həmin vaxt məktəbə apardığı uşağı götürmək üçün Nizami küçəsinə keçib.
Hüquq-mühafizə orqanları bildirirlər ki, “qəza ehtiyatsızlıqdan baş verib” və “avtomobilin Gülalıyevi qəsdən vurmasını” istisna edirlər.
Cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. Təyin edilmiş məhkəmə-yol nəqliyyat hadisəsi və məhkəmə-tibbi ekspertizaların rəyləri alındıqdan və digər zəruri hərəkətlər həyata keçirildikdən sonra sürücünün əməlinə hüquqi qiymət verilməsi təmin ediləcək.
Eyni zamanda indiyədək polis 28 may küçəsində avtomobilin hərəkətinə dair kadrları açıqlamayıb, ancaq avtomobilin işıqforda dönməsilə bağlı qısa fraqmenti göstərib.
Cinayət işinin “nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, zərərçəkənin sağlamlığına az xəsarət yetirməklə” maddəsi ilə açılmasının səbəbi məlum deyil. Çünki O.Gülalıyev həyatına təhlükə yaradan ciddi xəsarət alıb. Həmçinin sürücünün hansı qisimdə məsuliyyətə cəlb olunduğu məlum deyil.