Müsavatçılar kütləvi şəkildə polisə orqanlarına çağırılırlar

Müsavatçılar kütləvi şəkildə polisə orqanlarına çağırılırlar
9 Noyabr 2019
Mətni dəyiş
Son iki gündür Müsavat Partiyasının funksionerləri və fəalları kütləvi şəkildə polis bölmələrinə çağırılırlar.  Bu barədə partiyanın mətbuat xidməti açıqlama yayıb. Məlumat görə, polisə çağırılmalar bu gün də davam edib. Belə ki, noyabrın 8-də başqan müavini Səxavət Soltanlı, mətbuat xidmətinin rəhbəri Mustafa Hacıbəyli, fəallar Rəhim Yaqublu, Əlikram Xurşudov, Namiq Niftiyev, Sabit Hacıyev, Niyaz Nəsir, Dilşad Nağıyeva, Zakir İsmayıl və Saday Hacılı müxtəlif ərazi polis orqanlarına çağırılıblar. Bu gün həmçinin partiyanın aparat rəhbəri Gülağa Aslanlı Binəqədi Rayon Polis İdarəsinə, Nizami Rayon Təşkilatının sədri Zakir Məmmədzadə bu rayonun polis idarəsinə çağırılıb. Bundan başqa, son iki gündə ən az beş partiya üzvü Gəncə, Sabirabad, Salyan polis orqanlarına çağırılıblar. Fəallar nəzərdə tutulan etiraz aksiyaları haqqında sorğu-sual edilib və onlara razılaşdırılmamış mitinqlərdə iştirakın yolverilməz olduğu barədə xəbərdarlıq edilib. Bakı Şəhər İcra Hakimiyyəti Müsavatın noyabrın 10-na təyin edilmiş mitinqinə şəhər hüdudları daxilində icazə verməyib və aksiyanı Lökbatan qəsəbəsində keçirməyi təklif edib. Partiya mitinqi ləğv edib və piketi noyabrın 12-nə şəhər administrasiyasının binası qarşısında təyin edib. Amma İcra Hakimiyyəti bu mitinqə icazə verməkdən imtina edib. Müsavat rəhbərliyi bildirib ki, buna baxmayaraq, şəhər administrasiyası qarşısında aksiyanı keçirəcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun