Bu gün, noyabrın 12-də Müsavat Partiyasının başqanı Arif Hacılı saat 13:30-a yaxın polis tərəfindən saxlanılıb.
Təşkilatın aparat rəhbəri Gülağa Aslanlı mətbuata açıqlamasında bildirib ki A.Hacılı 8-ci mikrorayon ərazisində partiyanın ofisinə gedərkən saxlanılıb.
Yol polisi onun avtomobilini dayandıraraq A.Hacılını maşından endirib. Həmin vaxt onu saxlayıblar. Hara aparıldığı hələlik məlum deyil.