Jurnalist Mehman Hüseynov 23 dekabr 2019-cu ildə keçiriləcək bələdiyyə seçkilərində iştirak etmək üçün namizədliyini irəli sürüb.
Bu barədə Mehman Hüseynov özü Abzas-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, jurnalist Qaraçuxur bələdiyyəsinə namizədliyini irəli sürüb.
M.Hüseynov bildirib ki, bu gün, noyabrın 7-də 31 saylı Suraxanı İkinci Dairə Seçki Komissiyasından imza vərəqələrini götürüb və sabahdan imzatoplama kampaniyasına başlayacaq.