Maltanın baş naziri Cozef Muskat keçən həftə öz həmkarlarına deyib ki, yaxın zamanda istefa verməyə hazırlaşır. Bu haqda "Times of Malta" qəzeti məlumat yayıb.
Qəzet yazır ki, baş nazir istefa qərarını keçən il sui-qəsd nəticəsində qətlə yetirilmiş jurnalist Dafna Karauna Galiziya (Daphne Caruana Galizia) hadisəsi ilə bağlı başladılmış cinayət tədqiqatlarından sonra verib.
Qəzetin gizli mənbədən aldığı məlumatına görə, Cozef Muskat keçən həftənin cümə axşamı günü prezident Corc Vellin iqamətgahına gedib və orda prezidenti öz istefası ilə bağlı məlumatlandırıb.
Mənbə həmçinin bildirir ki, Muskat jurnalist Dafna Karauna Galiziyaya qarşı sui-qəsdi təşkil etməkdə günahlandırılan 53 yaşlı biznesmen Yorqen Fenekə məhkəmədə rəsmi olaraq qətl ittihamı veriləndən sonra televiziya ilə xalqa müraciət edərək istefa verməyi düşünür.
[caption id="attachment_32204" align="alignleft" width="1023"] İ.Əliyev Maltanın baş naziri J.Muscat-ı qəbul edir - 2015[/caption]Xatırladaq ki, jurnalist Dafna Galiziyanın öldürülməsində şübhəli bilinən Yorqen Fenek “ElectroGas Malta” konsorsiumunun direktorlarından biridir.
Bu konsorsiumda GEM holdinq 33,34%-ə sahibdir (bu payın üçdə bir hissəsindən çoxu 19 noyabr 2019-cu il tarixinə qədər rəsmi olaraq Fenekin rəhbərlik etdiyi Tumas Malta şirkətinə, qalan hissəsi Gasan şirkətinə aiddir).
Layihədə Socar Trading 33,33% paya sahibdir, digər 33,33% Siemens Projects Ventures-ə aiddir.
Sui-qəsdə məruz qalmış Malta jurnalisti bu ölkənin baş naziri Cozef Muskatın və xanımının “Panama sənədləri”ndə adı keçən şirkətlə əlaqəsi olduğunu bildirib.
Həmçinin o, özünün saytında “Electrogas Malta” layihəsinin Malta qanunlarına tam cavab verdiyini şübhə altına alıb.