Gürcüstan vətəndaşı olan və məşhur həkim Vaja Qaprindaşvili bir neçə gün öncə Gürcüstanın işğal olunmuş Çxinvali regionunda rus işğalçıları tərəfindən oğurlanıb.
Məlumata görə, o hələ də Çxinvalidəki həbsxanada saxlanılır. Həkim Qaprindaşvili Tbilisi sakini olub və Çxinvalidəki işğal olunmuş Orçosani kəndinin ətrafında həbs olunub. O, həbs olunarkən Osetiyadakı xəstəsinə tibbi yardım üçün gedibmiş.
Gürcü vətəndaşının oğurlandığını bu ölkənin Milli Təhlükəsizlik Xidməti də təsdiqləyib.
Xatırladaq ki, bundan öncə rus işğalçıları daha üç nəfər Gürcüstan vətəndaşını da oğurlayıb.
Zurab Xuriaşvili, Ramaz Zadişvili və David Mişelaşvili işğalçı Şimali Osetiyaya məxsus Axalqorski rayonu məhkəməsi tərəfindən cəmi 2000 rubl cərimələnsələr də, onlar hələ də Çxinvalidə saxlanılırlar və Gürcüstana verilmirlər.