Jurnalist xuliqanlıq ittihamı ilə 30 gün müddətinə həbs edilib

Jurnalist xuliqanlıq ittihamı ilə 30 gün müddətinə həbs edilib
2 Noyabr 2019
Mətni dəyiş

Oktyabrın 31-də axşam Bakının Yasamal rayon məhkəməsi jurnalist və gənc fəal Şəmistan Həziyevi xuliqanlıq ittihamı ilə 30 gün müddətinə həbs edib.

Anews.az nəşrində işləyən gənc saat 12-də evdən çıxıb və geri qayıtmayıb. Polisə müraciət nəticə verməyib və yalnız məhkəmənin qərarından sonra jurnalistin taleyinə aydınlıq gəlib.

Həmkarlarının Turan-a verdiyi məlumata görə, Şəmistan evdən çıxıb və dərhal sahə polis inspektoru tərəfindən saxlanılıb. İnspektor onunla birlikdə şöbəyə gəlməyi tələb edib. Orada gənci Xalq Cəbhəsi Partiyasını dəstəkləməkdə, sosial şəbəkələrdə Əli Kərimliyə dəstək materialları dərc etməkdə ittiham ediblər.

Daha sonra ona siyasi baxışlarından imtina etdiyi və peşman olduğu barədə ərizə imzalamağı təklif ediblər. Jurnalist bundan imtina edib, bu zaman ona qarşı xuliqanlıq aktı tərtib edilib.

Polis guya Şəmistanın küçədə yüksək səslə söyüş söydüyünü və polisin tələbinə məhəl qoymadığını müəyyən edib. Elə həmin gün məhkəmə onu 30 gün müddətinə həbs edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun