Prokuror həmçinin Assancın özünü təkrar sorğuya çəkməyə ehtiyac duymadığını deyib, çünki onun ifadələri heç bir şeyi gün üzünə çıxarmırş
Xatırladaq ki, WikiLeaks-in yaradıcısı 2010-cu ildə seksual zorakılıq və istismarda ittiham olunurdu və o bu ittihamları rədd edirdi. Assanc deyirdi ki, ona qarşı ifadə vermiş qadın intaqam hissinin və polisin təsiri ilə belə yola əl atıb. Assanca qarşı cinayət işi bir müddət sonra sübut yetərsizliyi ucbatından ləğv olunsa da, sonradan yenidən açılmışdı və İsveçrə höküməti onun Stokolma ekstradisiyasını tələb edirdi. Culian Assanc ABŞ-ın Əfqanıstan və İraqdakı hərbi əməliyyatları ilə bağlı yaydığı gizli məlumatlardan sonra məşhurlaşmışdı. O məlumatlarda ABŞ ordusunun sivil xalqı öldürdüyü, Kubadakı Quantanamo həbsxanasında məhbuslara qarşı qeyri-insani rəftar göstərildiyi əks olunmuşdu. Assanc 2012-ci ildən 2019-cu ilə qədər Ekvadorun Londondakı səfirliyində sığınacaq almışdı, ancaq sonra səfirlik onun sığınacaq hüququnu ləğv etmişdi. İsveçrəyə eksrtradisiya olunmuş Assancı indi ABŞ-da məhkəmə işi gözləyir. Əgər o günahkar bilinərsə 175 ilə qədər həbs oluna bilər.