23 Noyabr 2019
Mətni dəyiş
Rüşvət və korrupsiyaya görə haqqında cinayət işi qaldırılmış İsrailin baş naziri Benyamin Netanyahu özünə qarşı ittihamları "dövlət çevrilişinə cəhd" adlandırıb.
Haqqındakı bütün ittihamların siyasi məqsədli olduğunu və iddiaların hamısının uydurma olduğunu deyən Netanyahu bildirib ki: "Bu dəqiqə burda olanlar baş nazirə çevriliş etməyə çalışır. İşimdən istefa verməyəcəyəm. Vəzifəmə davam edəcəyəm"
İsrail baş nazirinə qarşı olan iddialar təsdiqini tapsa o rüşvət cinayətinə görə 10 il, korrupsiya və vəzifə səlahiyyətlərini aşma kimi cinayətlərə görə isə 3 ilə qədər həbs gözləyir.