29 Noyabr 2019
Mətni dəyiş
İraqın cənubunda yerləşən Nəcəf şəhərində hökümətə qarşı keçirilən etiraz aksiyası zamanı İranın Baş Konsulluğunun binası yandırılıb.
Hadisələrin böyüməsinə nəticəsində Nəcəf Polis İdarəsi bütün şəhərdə fövqəladə vəziyyət elan edib. Küçəyə çıxmağı qadağan edib.
Digər tərəfdən İraqın paytaxtı Bağdatdan əlavə ölkənin cənubunda Musenna, Kadisiyə və Zikar vilayətlərində etirazçılarla polislər arasında vuruşmalar olub. Gələn xəbərlərə görə İraqda ümumilikdə 45 nəfər polisin həqiqi mərmilərlə açdığı atəşdən ölüb, 230 nəfər yaralanıb.
İraqın Xarici İşlər Naziri Məhəmməd Əli Əl-Həkim İranın Nəcəf Baş Konsulluğunun binasının yandırılmasına görə Tehrandan üzr istəyib.
İran XİN rəhbəri Məhəmməd Cavad Zərif də İraqlı həmkarı Əl-Həkimlə telefonla danışıb, İraq hökümətini diplomatlar və diplomatik missiyaları qorumaqla bağı götürdüyü öhdəlikləri yerinə yetirməyə çağırıb.
Xatırladaq ki, İraqdakı işsizlik, rüşvət və dövlət idarələrindəki süründürməçiliyə qarşı sentyabr ayından başlayan etirazlarda bu günə qədər 300 nəfər həlak olub, 15 mndən çox insan yaralanıb.
Hökümətin elan etdiyi islahat paketləriylə kifayətlənməyən etirazçılar Baş Nazir Adil Ədülmehdinin və rüşvətdə ittiham olunan hökümətin ümumilikdə istefasını istəyirlər.