Gürcüstanda supermarketlər şəbəkəsi müxalifətin etirazına qoşulub

Gürcüstanda supermarketlər şəbəkəsi müxalifətin etirazına qoşulub
19 Noyabr 2019
Mətni dəyiş
Gürcüstanda "Fresco" supermarketlər şəbəkəsi müxalifətin Rustaveli prospektindəki etiraz aksiyasına dəstək olaraq noyabrın 19-u işləməyəcəyini elan edib. Bu barədə ‘News Georgia’ portalı xəbər yayıb. Marketlər şəbəkəsi açıqlamasında bildirib ki, ölkə işləməyəndə biznes də azad şəkildə fəaliyyət göstərə bilməyəcək. "Biz hesab edirik ki, bu gün ölkəmizdə baş verən hadisəər vətəndaşlarımızın konstitusion hüquqlarını əlindən alır! Biz bu gün daha bir dəfə əmin olduq ki, azad fikri ifadə etmə hüuqu məhdudlaşdırılır”, - deyə Fresko supermarketlər şəbəkəsi bəyanatında bildirib. Şirkət açıqlamasında deyilir ki, belə olan halda nəsə addım atamaq çətindir. ”Etirazlara dəstək olaraq biz işimizi bir günlüyünə dayandırırıq”, - deyə Fresco şəbəsi bəyan edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun