Gürcüstanda parlament önündə müxalifətin mitinqini dağıtmağa xüsusi təyinatlılar gəlib

Gürcüstanda parlament önündə müxalifətin mitinqini dağıtmağa xüsusi təyinatlılar gəlib
26 Noyabr 2019
Mətni dəyiş

Gürcüstan Daxili İşlər Nazirliyi dünən axşam Tbilisidə müxalifətin parlament önündəki oturaq aksiyasının dağıtmaq üçün xüsusi təyinatılılardan istifadə olunduğu və bu zaman 3 zərərçəkənin olduğunu və 28 nəfərin də saxlanıldığını bildirib.

Gürcüstan mətbuatının məlumatına görə, müxalifətin parlament önündə cümə axşamından başlayan piketləri hələ də davam edir və hakim "Gürcü arzusu" partiyası bu mitinqlərə görə parlamentdə iclas keçirə bilmədiyindən şikayətlənir.

Müxalif deputatlar isə parlamentin iclaslarına ümumiyyətlə qatılmır. Onların çoxu parlamentdə noyabrın 14-dən bəri hökümətdən seçkilərlə bağlı islahat tələb etdikləri gündən mitinqlərə qoşulub.

Hal-hazırda Gürcü parlamentinin bütün girişləri açılıb. Bu gün artıq parlamentin plenar iclası keçirilib.

Polis hamını tələblərə qanunun tələblərinə uymağa çağırıb. Daxili İşlər Nazirliyi hər bir qanun pozuntusuna qarşı sərt tədbirlər görəcəyini bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun