21 Noyabr 2019
Mətni dəyiş
Google şirkəti siyasi reklamların yayılmasına yeni qaydalar tətbiq edir, bundan sonra reklamları konkret siyasi yaxud dini hədəf kütlələrə istiqamətlənəcək. Bu haqda google şirkəti noyabrın 20-də bəyanatında bildirib.
İndi siyasi reklamlar ancaq yaş, cins və istifadəçinin yaşadığı əraziyə uyğun yayılacaq. Google siyasi reklamlarda yalan yaxud çaşdırıcı xəbərlər olmamasına diqqətlə fikir verəcək. Ancaq, şirkət özü reklamlara nadirən müdaxilə edəcək. Bu yolla o Facebookla müqaisədə öz siyasətini tamam dəyişdirəcək.
Başqa bir sosial şəbəkə olan Twitter isə oktyabrın 30-da yaydığı bəyanatında bildirmişdi ki, ümumiyyətlə bundan sonra siyasi reklamları yayımlamayacaq. Twitter rəhbəri Cek Dorsi deyib ki, daha seçkilərə hazırlaşan namizədlər ya da siyasi mövzularda elan vermək istəyənlər bu saytda pullu reklam yerləşdirə bilməz.
Dorsi mətbuata açıqlamasında bildirib ki, bizim fikrimzcə siyasi bəyanatlar öz-özlüyündə eşidilən olmalıdır, onları pulla yaymaq doğru deyil.