20 Noyabr 2019
Mətni dəyiş
Estoniya parlamentinin spikeri, Mühafizəkar xalq partiyasının (EKRE) üzvü Henn Polluaas Rusiyanın Estoniyaya aid torpaqların 5 faizini işğal etdiyini bildirib. Bu haqda o noyabrın 19-da öz Facebook səhifəsində yazıb.
"Estoniya torpaqlarının anneksiyası Krımın işğalı və anneksiyasından heç bir şeylə fərqlənmir" - deyə Polluaas bəyan edib. Bununla belə spiker Estoniyanın Rusiyaya ərazi iddialarının olmadığını, ancaq yenə də öz torpaqlarını geri istədiklərini bildirib.
Eston parlamentinin spikerini Rusiya XİN-in İkinci Avropa departamentinin rəhbəri Serqey Belyayevin bazar ertəsi verdiyi müsahibəsi qeyzləndirib. Belyayev müsahibəsində deyib ki, 1920-ci ildə Estoniya ilə bağlanmış Tartu müqaviləsi artıq öz qüvvəsini itirib.
1920-ci ildə Rusiya Sovet Respublikası ilə Estoniya arasında bağlanmış Tartu müqaviləsi ilə bir sıra eston torpaqları indiki Rusiyaya keçib. Bunlar Leninqrad bölgəsinə keçən Kinqisseps və Slançev rayonları və Peçorski mahalıdır. Estoniya hələ də həmin qərarı ratifikasiya etmir və bütün siyasi gücünü 1920-ci ildəki sərhəddləri geri qaytarmağa sərf edir. Rusiya isə artıq Tartu müqaviləsinin qüvvəsini itirdiyini bəyan edir.