Çexiya polisi Çexoslavakiya Sovet Sosialist Respublikasının keçmiş yüksək vəzifəlilərinə qarşı cinayət işi qaldırıb.
ÇSSR-nin keçmiş hökümət rəhbəri Lyubomir Ştrouqal, Çexoslavakiya Kommunist partiyasının keçmiş baş katibi Miloş Yakeş və Çexoslovakiya daxili işlər naziri Vratislav Vaynar vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunurlar.
Bu haqda 'Euronews' noyabrın 26-da Çexiya polisinin kommunizmin təhqiqatı və sənədləşdirməsi bürosuna istinadən xəbər yayıb.
Cinayət işi 1970-1980-ci illər arasında Çexoslovakiya sərhəddlərində sivil xalqa qarşı silah işlədilməsinə görə açılıb. Belə ki, 1976-cı ilin martından 1989-cu ilə qədər ölkə sərhəddini keçmək istəyən 9 nəfər güllələnib, ən azı 7 nəfər isə yaralanıb.
Cinayətdə ithiam olunanlar isə mütəmadi olaraq sərhəddə baş vermiş bu cür hadisələrdən xəbər tutublar, ancaq cinayəti qabaqlayıcı heç bir tədbir görməyiblər.
Günahkar olduqları sübut edildiyi halda Ştroqal, Yakeş və Vaynar 2 ildən 10 ilə qədər həbs oluna bilər.