Bu gün Bakı Apellyasiya Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” ın İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və sabiq deputat Dünyamin Xəlilov, həmçinin mülki iddiaçı Vergilər Nazirliyinin apellyasiya şikayəti üzrə növbəti məhkəmə iclası keçirilib.
Prosesə hakim Həsən Əhmədov sədrlik edib. Məhkəmədə C.Hacıyev və D.Xəlilov çıxış edərək, barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər.
Məhkəmə prosesi dekabrın 9-da davam etdiriləcək.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cahangir Hacıyev əvvəlki cəzası toplanmaqla qəti olaraq 16 il 6 ay, sabiq deputat Dünyamin Xəlilov isə əvvəlki cəzası toplanmaqla qəti olaraq 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.