Boliviya prezidenti Evo Morales kütləvi etirazlardan sonra 14 illik hakimiyyətindən getdiyin açıqlayıb və istefa verib.
Evo Morales üç dəfə prezident olduqdan sonra dördüncü dəfə üçün də seçkilər keçirdi, amma kütləvi etirazlardan sonra istefa verməli oldu.
BBC-nin məlumatına görə, son seçkilərdə qələbəsini elan etdikdən sonra etirazlar zamanı ordu rəhbərliyi də ona getməsini çağrış etmişdi.
Seçki müşahidəçiləri seçkilərdə saxtakarlıq aşkar ediblər, ancaq Evo Morales dövlət çevrilişinin qurbanı olduğunu bildirib.
O, siyasi müttəfiqlərinin evləri yandırılandan sonra onların ailələrini qorumaq üçün hakimiyyəti tərk etdiyini deyib.
Evo Morales televiziya ilə çıxışında etirazçılara müraciət edərək "bacı-qardaşlarınıza hücum etməyin, yanğınları və hücumları dayandırın" deyib.
Qeyri-müəyyən günlər
Paytaxt La Pazda milyonlarla boliviyalı regionun ən uzun müddətli prezidentinin hakimiyyətdən getməsinin belə tezliklə baş verməsini bayram edir.
Ən axırda ordu Evo Moralesə müraciət edərək Boliviyanın stabilliyi üçün getməli olduğunu bildirib.
Çoxları üçün o anti-demokrat lider olsa da digərləri üçün, xüsusəndə kasıb boliviyalılar üçün Evo Morales milyonlara söz haqqı verən prezident olub.
Boliviyanın indiyə kimi olan rəhbərlərindən ilk yerli olan Evo Morales dərin bərabərsizlik olan cəmiyyəti daha əhatəli hala gətirməyə müvəffəq olub.
Onun tərəfdarları bu hadisəni dövlət çevrilişi olaraq görsələr də onun tənqidçiləri bunu tiranın sonu olaraq adlandırır. Bu günlər Cənubi Amerikanın ən kasıb xalqı üçün qeyri-müəyyən günlərdir.
Prezidentdən sonra vitse-prezident Alvaro Garcia Linera və Senatın prezidenti Adriana Salvatierra da istefa veriblər.
Etirazçılar küçələrdə qələbələrini "hə biz bacardıq" şüarları altında alov ətrafında qeyd edirlər.
Proseslər necə oldu?
Boliviyada seçkilərdə saxtakarlıq iddiaları ilə həftələrdir ki, hakimiyyətə qarşı etiraz aksiyaları keçirilirdi.
İlk gərginlik rezident seçkisinin axşamı nəticələrin hesablanmasının 24 saat dayandırılmasından sonra alovlandı.
Seçkinin son nəticəsində Evo Moralesə seçkinin ilk turunda açıq-aşkar qalib gəlmək üçün lazım olan 10 faizlik səsdən bir qədər çox nəticə verildi.
Bundan sonra yaranan qarşıdurmalar zamanı ən azı üç nəfər öldü. Aksiya iştirakçılarına bəzi polis geyimli adamlar da qoşuldu.
Bazar günü, seçkiləri izləyən Amerika Dövlətləri Təşkilatı məlumatların geniş miqyaslı manipulyasiyasına dair sübutlar tapdığını və əvvəlki sorğuların nəticələrini təsdiq edə bilmədiyini söyləyib.
Kimdir Evo Morales?
Cənab Morales Boliviyanın ilk yerli prezidenti olub və 2006-cı ildən bəri hakimiyyətdə olub.
O, oktyabr seçkilərində konstitusiya məhkəməsinin prezidentlik müddətinin məhdudlaşdırılması ilə bağlı mübahisəli qərarından sonra ardıcıl olaraq dördüncü dəfə namizəd oldu.
2016-cı il referendumunda bir çoxu boliviyalılar prezidentlik müddətinin həddini artırmaq üçün "yox" demişdi.
Bundan sonra cənab Moralesin partiyası, müddət məhdudiyyətlərini tamamilə ləğv etmək üçün konstitusiya məhkəməsinə müraciət etmişdi.