14 Noyabr 2019
Mətni dəyiş
Noyabrın 17-də bir qrup erməni jurnalist Bakıya gələcək. Səfər qarşılıqlı etimad çərçivəsində baş tutacaq. Bu barədə Turan-a Riqada keçirilən "Şərq Tərəfdaşlığı Media Konfransı 2019” tədbiri zamanı kuluarlarda məlum olub.
Erməni jurnalistlər bəzi dövlət qurumlarına baş çəkəcəklər və ekspertlərlə görüşəcəklər.
Jurnalistlər arasında səfər mübadiləsi qarşılıqlı etimadın yaradılması üçün humanitar tədbirlər çərçivəsində dövlət başçıları səviyyəsindəki razılaşmalarda nəzərdə tutulub.
Bundan əlavə, həmin tədbirlər çərçivəsində hərbi əsirlərin və həlak olanların cəsədlərinin qarşılıqlı təhvil verilməsi barədə razılaşma da olub.
Bundan sonra azərbaycanlı jurnalistlərin Ermənistana cavab səfərinə gedəcəyi gözlənilir.