"Avtoritarların dostu" adlandırılan Şahzadə Endryu müvəqqəti olaraq tax-tacdan imtina edib

"Avtoritarların dostu" adlandırılan Şahzadə Endryu müvəqqəti olaraq tax-tacdan imtina edib
22 Noyabr 2019
Mətni dəyiş
Böyük Britaniya kraliçası II Yelizavetanın oğlu, şahzadə Endryü noyabrın 20-də müvəqqəti olaraq kral ailəsinin üzvlüyündən rəsmi olaraq imtina etdiyini bəyan edib. O bu qərarını amerikalı milyarder Ceffri Epşteynlər dostluğuna görə atıb. Belə ki Epşteyn iyul ayında həddi-buluğa çatmayan qızların seksual alverində ittiham olunurdur. O avqust ayında Nyu-Yorkdakı həbsxana kamerasında intihar edib. Endryu bundan öncə ingilis mediası tərəfindən Qəddafinin oğlu Saif Qəddafi, Səudiyyə Ərəbistanı şahzadələri və Azərbaycan prezidenti İlham Əliyevlə dostluqlarına görə tənqid edilirdi. Onun avtoritar liderlərlə dostluğu ya da biznes münasibətləri olması sualı mütəmadi olaraq ingilis jurnalistləri tərəfindən verilir. Bu dəfə isə Şahzada Enryu amerikalı milyarderlə dostluğu üzündən mühakimə olunur. O, Epşteynlə arasındakı dostluq haqda noyabrın 18-də BBC-yə müsahibə verib və orda deyib ki, daha onunla dostluğu istəmir və Epşteynin qurbanı olan həddi-buluğa çatmamış qızlara görə üzüldüyünü bildirib. Mətbuat şahzadə Endryunun özünün Epşteynin təklif etdiyi 17 yaşlı qızla seksual münasibətdə olduğunu yazsa da, Enryu bu ittihamları rədd edib. Şahzadə Endryu kral ailəsinin üzvü adından rəsman imtina edib və öz adıyla bağlı fondları maliyyələşdirməyi də dayandırdığını bəyan edib. Kraliça artıq Enryunun bu addımına icazə verib. Şahzadə Epşteynin cinayətlərini araşdırmaq üçün istintaqa istənilən yardımı edəcəyini də bildirib. Qeyd edək ki, 2002 - 2005-ci illər arasında Epşteynin onlarca həddi-buluğa çatmayan qıza qarşı seksual zorakılıq etdiyi aydınlaşıb. Onun qurbanları bəzi hallarda 14 yaşında olub. Bu haqda amerikalı prokuror Ceffri Berman məlumat verib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun