"Bu siyahıya qanunsuz hesab edilən həbslərlə bağlı vəsatət vermiş müstəntiqlər, təqdimat vermiş prokurorlar, inzibati həbs barədə məhkəməyə müraciət edən polis rəislərini də əlavə etmək olar"
Bu sözləri Vəkillər Kollegiyasının üzvü Adil İsmayılov bildirib. Vəkil bildirib ki, əgər onun qanunvericiliyə təşəbbüs irəli sürmək kimi hüququ olsaydı, öncə Avropa Məhkəməsi ilə bağlı ideya təklif edərdi.
"Hörmətli həmkarlarımdan birinin Vəkillər Kollegiyasına qanunvericilik təşəbbüsü hüququ verilməsi haqda maraqlı ideya irəli sürməsi və sədrin bu ideyanı dəstəklədiyini oxudum.
Fikirləşdim ki, mənim belə hüququm olsaydı, hansı qanunun qəbul edilməsini təklif edərdim. Ağlıma gələn birinci layihə Avropa Məhkəməsinin qərar verdiyi işlər üzrə təqsirli şəxslərin cəzalandırılması ilə bağlı oldu".
[caption id="attachment_81845" align="aligncenter" width="1024"] Adil İsmayılov[/caption]Vəkil bildirib ki, Avropa Məhkəməsi baxdığı işlər üzrə pozuntu tanıdığı hallarda bir qayda olaraq dövlətin üzərinə şikayətçiyə müəyyən məbləğlər ödənilməsi öhdəliyi də qoyur.
"Təklif edərdim ki, bu işlərdə şikayətçilərə dövlətin ödədiyi məbləğ Azərbaycan məhkəmələrinin verdiyi qanunsuz qərarları qəbul edən hakimlərin əmək haqqından və təqaüdündən tutulsun".
Adil İsmayılov bildirib ki, bu siyahıya qanunsuz hesab edilən həbslərlə bağlı vəsatət vermiş müstəntiqlər, təqdimat vermiş prokurorlar, inzibati həbs barədə məhkəməyə müraciət edən polis rəislərini də əlavə etmək olar.
"Yoxsa adamlar qanunsuzluq, özbaşınalıq edirlər, bədəlini biz ödəyirik", - deyə vəkil qeyd edib.