İranda benzin qiymətlərinə etiraz artır: hakimiyyət ölkədə interneti kəsib

İranda benzin qiymətlərinə etiraz artır: hakimiyyət ölkədə interneti kəsib
19 Noyabr 2019
Mətni dəyiş
İranda 3 gün əvvəl benzinin qiymətinin üç dəfə yüksəldilməsi ilə başlanılmış etirazlar nəticəsində paytaxt Tehrana giriş-çıxış yolları nümayişçilər tərəfindən bağlanılıb. Hökümət etirazlar səngiyənə qədər ölkədə interneti kəsib. İran mətbuatının xəbərinə görə hökümətin benzinin qiymətlərini qaldırmağı ucbatından dünəndən başlayan etirazlar Tehran, Fars, Şərqi Azərbaycan, Qərbi Azərbayca, İsfahan, Mazandaran, Kürdistan, Rəzəvi Xorasanı əyalətləri başda olmaqla ölkə boyu əksər şəhərlərdə etirazlar davam edir.
İran dövlət televiziyasının xəbərinə görə Şirazda nümayişçilər 2 yanacaq doldurma məntəqəsini və iki polis maşınını yandırıb. Həmçinin əsas küçəni bağlayaraq şəhərdəki dövlət binalarına zərərlər verib, əksər təhlükəsizlik kameralarını qırıb, yanğınsöndürən maşınları zədələyiblər. [caption id="attachment_83842" align="aligncenter" width="547"] İranda etirazlar zamanı Ali dini lider Xameneyinin rəsmi əks olunmuş poster yandırılıb.[/caption] Digər tərəfdən prezident Həsən Ruhani administrasiyasının sözçüsü bazar ertəsi keçirdiyi mətbuat konfransında deyib ki, bu həftə əvvəlkilərə nisbətən İranda etiraz nümayişlərinin sayı azalıb. Bununla belə o etirazçıların silahlardan da istifadə etdiyini deyib. Dövlət rəsmisi həmçinin etirazçıların bir neçə hüquq-mühafizə orqanları işçisini girov götürdüyünü də bildirib. Jurnalist və müşahidəçilərin fikrinə görə ölkənin müxtəlif regionlarında etirazlarda 100-200 nəfər arası ölənlər var. İran İnqilab Mühafizləri Korpusu isə yaydığı bəyanatda bildirib ki, ölkədəki etirazları ABŞ və İranın xaricdəki müxaliflət nümayəndələri qızışdırır. İnqilab Mühafizləri ölkədə əmin-amanlıq yaratmaq üçün güc tətbiq edəcəkləri barədə də bəyan edib.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun